“Təhlükəsizlik Şurasının üzvləri ilə görüşdə Rusiya Prezidenti Vladimir Putin nüvə sınaqlarına birbaşa hazırlaşmaq əvəzinə, bunun mümkünlüyünü araşdırmaq əmrini verib”.
KONKRET.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu prezidentin mətbuat katibi Dmitri Peskov deyib.
“Prezident sınaq üçün hazırlıqlara başlamaq əmri verməyib. Putin bu cür sınaqlara başlamağın məqsədəuyğun olub-olmadığını araşdırmağı tapşırıb. İndi onlar bunu edəcəklər”, – Peskov vurğulayıb.
