Peskov: “Dünya Avropa və ABŞ-dən ibarət deyil”backend

Peskov: “Dünya Avropa və ABŞ-dən ibarət deyil”

Dünya Avropa və ABŞ ölkələri ilə məhdudlaşmır. Qlobal çoxluq – həm cənubda, həm də şimalda yerləşən ölkələr – daha geniş və zəngin bir məkandır.

KONKRET.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov RT-yə açıqlamasında bildirib.

“Bunlar müxtəlif ölkələr, müxtəlif güclər, müxtəlif iqtisadiyyatlar və problemlərə fərqli yanaşmalardır. Əlbəttə, Rusiya bu müxtəlifliyi alqışlayır”, – Kremlin nümayəndəsi vurğulayıb.

Peskovun sözlərinə görə, Rusiya hesab edir ki, gələcək yeknəsəqlikdə deyil, müxtəliflikdədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*