Türkiyədə şagirdləri daşıyan avtobus aşdı – 19 nəfər yaralandıbackend

Türkiyədə şagirdləri daşıyan avtobus aşdı - 19 nəfər yaralandı

Türkiyənin Diyarbəkir bölgəsində şagirdləri daşıyan mikroavtobus yol-nəqliyyat hadisəsinə düşüb.

KONKRET.az xəbər verir ki, qəza nəticəsində 19 nəfər yaralanıb. Onlardan 17-si şagird, digər ikisi isə sürücü və bələdçidir.

Yaralılar hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanalara çatdırılıb. Yaralıların həyatına təhlükə olmadığı bildirilir.

İlkin məlumata görə, şagirdləri daşıyan avtobus ilə minik avtomobili toqquşub.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*