Rusiya Dövlət Duması gələn həftə miqrasiya siyasətinin daha da sərtləşdirilməsini nəzərdə tutan yeni qanun layihəsinə baxacaq.
KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodin məlumat verib.
Volodinin sözlərinə görə, qanun layihəsi məhkumluğu ödənilməmiş və ya götürülməmiş xarici vətəndaşların Rusiya vətəndaşlığı, eləcə də ölkədə daimi və ya müvəqqəti yaşamaq hüququ əldə etməsini istisna etməyi nəzərdə tutur. Məhdudiyyətlər həm Rusiya ərazisində, həm də xaricdə törədilmiş cinayətlərə görə məhkumluğu olan şəxslərə şamil ediləcək.
Bundan başqa, belə fakt sonradan aşkar olunarsa, həmin şəxsə verilmiş yaşayış icazəsi və ya müvəqqəti yaşamaq icazəsi də ləğv ediləcək. Bununla yanaşı, qanun layihəsi Rusiya ərazisində qaçqın statusu almış, siyasi və ya müvəqqəti sığınacaq verilmiş əcnəbilərə şamil edilməyəcək.
Vyaçeslav Volodin qeyd edib ki, 2024-cü ildən etibarən Rusiyada miqrasiya sahəsində nəzarətin gücləndirilməsi məqsədilə artıq 30 federal qanun qəbul olunub.
Günay Əli
KONKRET.az

ödənilməmiş yox bitməmiş