ABŞ-ın Texas ştatında bir kişi polis əməkdaşlarına tüpürdüyünə görə 70 il həbs cəzasına məhkum edilib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, 36 yaşlı Larri Pirson 2022-ci ilin mayında məişət zorakılığı şübhəsi ilə həbs edilib.
Məlumata görə, polisə müraciət edən zərərçəkmiş qadın Larrinin onu bir neçə dəfə vurduğunu və odlu silahla hədələdiyini bildirib.
Belə ki, şübhəli şəxs həbs zamanı özünü aqressiv aparıb və polis işçilərinə tüpürüb.
Qeyd edək ki, 2023-cü ilin aprelində əvvəllər də zorakılıq və quldurluqda təqsirli bilinən Larri 70 il həbs cəzasına məhkum edilib.
İqbal Rzayev,
KONKRET.az
