Polşa ticarət mərkəzindəki yanğına görə “rus barmağı” ehtimalını araşdırırbackend

Polşa ticarət mərkəzindəki yanğına görə "rus barmağı" ehtimalını araşdırır

Polşa hökuməti Varşavadakı “Marywilska” ticarət mərkəzində baş verən yanğında “Rusiyanın əli olduğu” iddia edilən versiyanı yoxlamağa başlayıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə iddianı Polşanın baş naziri Donald Tusk bunu jurnalistlərlə görüşündə deyib.

“Biz Rusiya xüsusi xidmət orqanlarının səs-küyə səbəb olmuş yanğında ehtimal edilən iştirakı versiyasını yoxlayırıq”, – deyə baş nazir bildirib.

Tuskun sözlərinə görə, Polşa təhlükəsizlik qüvvələri hazırda bu təxribatı son dərəcə fəal şəkildə araşdırır. Bir gün əvvəl istintaq çərçivəsində doqquz, dünən gecə isə daha üç nəfər saxlanılıb.

Qeyd edək ki, sön günlərdə Polşada bir neçə yanğın hadisəsi baş verib. Bu yanğınlar avtobus dayanacağında, məktəbdə və kimyəvi tullantılar anbarında olub.

Şimali Atlantika Alyansı bu yaxınlarda Rusiyanı Avropa İttifaqı ərazisində “hibrid zərərli fəaliyyətlər” törətməkdə ittiham edib və vurğulayıb ki, bu, NATO-nun Ukraynaya gələcək yardımına mane olmayacaq.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*