Polşaya 6,3 milyard avro vəsait ayrıldıbackend

Polşaya 6,3 milyard avro vəsait ayrıldı

Polşa Avropa İttifaqı üzvlüyü tarixində ən böyük ödənişinl alıb. Belə ki, rəsmi Varşavaya dondurulmuş icma fondlarından 6,3 milyard avro vəsait ayrılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Polşanın fondlar və regional siyasət naziri Katarjina Pelçinska-Naleç bildirib.

“Aİ-dən 26 milyard 964 milyon zloti (təxminən 6,3 milyard avro – təqribən) məbləğində tranş Polşaya çatıb”.

Qeyd edək ki, hələ ötən ilin noyabrında Polşada Almaniya və Rusiyadan təzminatlarla bağlı parlament qrupunun yaradıldığı xəbəri yayılmışdı.

Polşa parlament nümayəndələrinin bəyanatında deyilir ki, Polşa Almaniyanın yaxın gələcəkdə Rusiya ilə münasibətlərini yaxşılaşdıra biləcəyindən ehtiyat edir. Dövlət Dumasının deputatı Anatoli Vasserman Berlin və Varşava arasında yaranmış anlaşılmazlığı şərh edib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*