Populyar kurort adası turistlər üçün bağlandıbackend

Populyar kurort adası turistlər üçün bağlandı  

Su təchizatındakı problemlər səbəbindən İtaliyanın Kapri adasına turistlər buraxılmırlar.

KONKRET.az xəbər verir ki, bu əmri şəhər meri Paolo Falko adada suyun kəsilməsindən sonra verib.

O qeyd edib ki, tətil mövsümündə hər gün adaya gələn minlərlə insan üçün əsas xidmətlərə zəmanət verilə bilməz:

“Yalnız qonaqpərvərliyə zəmanət vermək üçün kifayət qədər su ehtiyatı olan bir hoteldə rezervasiya edən turistlər Kapriyə buraxılacaqlar”.

Yeni tələblər bərələrin Kapriyə yola düşmək üçün limanlarda növbə yaratmasına səbəb olub. Artıq adaya doğru üzən gəmilərlə dəniz idarələri əlaqə saxlayıblar və onlara çıxış limanlarına qayıtmaq əmri verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*