Portuqaliya Avropa İttifaqında ruslara viza verilməsinin qadağan edilməsi təşəbbüsünü dəstəkləməyib.
KONKRET.az xəbər verir ki, bu barədə Portuqaliya Xarici İşlər Nazirliyinin sözçüsü “Eco” qəzetinə bildirib.
“Portuqaliya hesab edir ki, sanksiya rejiminin əsas hədəfi rus xalqı deyil, Rusiya “döyüş maşını” olmalıdır”, – XİN sözçüsü deyib.
Portuqaliya avqustun sonunda Aİ xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə viza məhdudiyyətləri ilə bağlı təşəbbüsü müzakirə etmək niyyətindədir.
Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski ruslara viza verilməsinin məhdudlaşdırılmasını təklif edib.
Baltikyanı ölkələr, Polşa, Çexiya, Finlandiya və Estoniyada bu və ya digər formada məhdudiyyətlər artıq qüvvədədir. Almaniya, Kipr və Yunanıstan da daxil olmaqla, bir sıra ölkələr Aİ səviyyəsində bu cür sanksiyaların tətbiqinə qarşı çıxır.
İqbal Rzayev,
KONKRET.az