Premyer Liqa tarixində ilkbackend

Premyer Liqa tarixində ilk

“Nyukasl” İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.

KONKRET.az xəbər verir ki, komanda buna 6-cı turda “Şeffild Yunayted”i darmadağın etməklə nail olub – 8:0.

“Nyukasl”ın heyətində səkkiz oyunçu – Şon Lonqstaff, Den Börn, Sven Botman, Kallum Uilson, Entoni Qordon, Migel Almiron, Bruno Qimaraes, Aleksandr İsak fərqlənib. “Nyukasl” Premyer Liqa tarixində 8 fərqli oyunçusunun bir matçda (avtoqolları nəzərə almadan) qol vurduğu ilk komanda olub.

Qeyd edək ki, 6 turdan sonra “Nyukasl” 9 xal toplayıb və İngiltərə Premyer Liqasının turnir cədvəlində 8-cidir.

Qol.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*