Ekvadorda avqustda keçiriləcək seçkilərdə prezidentliyə namizədi öldürməkdə şübhəli bilinərək həbs edilən altı kolumbiyalı Quayaquil həbsxanasında öldürülüb.
KONKRET.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.
Həbsxana rəhbərliyinin məlumatına görə, öldürülən altı məhbus “keçmiş prezidentliyə namizəd Fernando Villavicencio-nun qətlində ittiham olunan”şəxslərdir.
Məlumata görə, cinayətlər prokurorların avqustun 9-da siyasi mitinqdən çıxarkən güllələnən Villavicencio-nun qətli ilə bağlı istintaqı başa çatdırmaq üzrə olduğu bir vaxtda baş verib.
Ariz Həsənoğlu,
KONKRET.az
