“Vaqner” Özəl Hərbi Şirkətinin (PMC) təsisçisi Yevgeni Priqojinlə vida mərasimi qapalı formatda baş tutub.
KONKRET.az xəbər verir ki, bu barədə onun mətbuat xidməti Teleqram kanalında məlumat verib.
“Priqojinlə vidalaşmaq istəyənlər Sankt-Peterburqdakı Poroxovskoye qəbiristanlığını ziyarət edə bilərlər”, – məlumatda qeyd olunub.
Xatırladaq ki, avqustun 27-si Rusiyanın İstintaq Komitəsi Y.Priqojinin ölümünü rəsmən təsdiqləyib. Priqojinin təyyarəsi avqustun 23-ü Rusiyanın Tver vilayətində qəzaya uğrayıb. Qəzada 10 nəfər ölüb.
