Rusiyanın Xalq artisti Alla Puqaçova yaxın günlərdə Yurmalaya gedəcək.
KONKRET.az xəbər verir ki, müğənninin keçmiş işçiləri rus mediasına bununla bağlı açıqlama veriblər.
“Alla bir neçə gündən sonra – həftə sonundan sonra Yurmalada olacaq. Orada artıq onun üçün mənzil hazırlayıblar, kirayə götürdükləri evi təmizləyiblər. Əsas odur ki, artıq evdə təkcə video müşahidə yox, həm də mühafizə olacaq” deyə, bildirilib.
Əvvəlcə Puqaçova övladları (10 yaşlı əkizlər Yelizaveta və Harri Qalkin) ilə gedəcək, onun xarici agent əri daha sonra ailəyə qoşulacaq. Bundan əlavə Puqaçova ailəsi ilə birlikdə yaşadıqları və getdikləri yerləri gizli saxlamağa çalışırlar. Onlar bir ölkədə olduqları halda, başqa bir yerdən görüntülər yayımlayırlar.
Puqaçova və ailəsi avqustun ikinci ongünlüyünə qədər Baltikyanı ölkələrdə qalacaqlar. Maksim Qalkin bir neçə yerdə olacağı üçün avqustun 16-na kimi konsertdə olacaq. Yurmalada onun konsertinə ən ucuz bilet 100 avroya satılıb.
Puqaçova və əri Kiprdə Limassolda Aralıq dənizi sahillərində yerləşən elit yaşayış kompleksində təxminən bir milyard rubl dəyərində bir mənzilə sahibdirlər. Bu alqı-satqı altı il əvvəl edilib, bundan sonra ailə Kipr pasportlarını alıb.//Axşam.az