SEPAH-ın gizli planı ortaya çıxdı – Hədəf bu ölkələrdir…backend

SEPAH-ın gizli planı ortaya çıxdı - Hədəf bu ölkələrdir...

Rusiyanın Reuters agentliyinə istinadən yaydığı məlumata görə, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İraqda ABŞ hərbi qüvvələrinin yerləşdiyi Körfəz ölkələrinə qarşı pilotsuz uçuş aparatları ilə zərbələr endirmək istəyir. Bu məqsədilə gizli qruplar da yaradıb.

KONKRET.az xəbər verir ki, məlumata əsasən, bu qruplar İranın mövcud proksi şəbəkələrindən kənar fəaliyyət göstərərək aşkarlanma riskini minimuma endirməyə çalışırlar. İraqdan olan mənbələrin bildirdiyinə görə, əvvəllər adı məlum olmayan silahlı dəstələr aprelin 20-dən mayın 17-dək ən azı yeddi dəfə pilotsuz aparatlarla hücum həyata keçiriblər.

Hücumların İraqın Bəsrə və Səməva şəhərləri yaxınlığındakı səhra ərazilərindən təşkil olunduğu, hədəflərin isə Küveyt, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində yerləşən obyektlər olduğu iddia edilir.

Mənbələrin sözlərinə görə, hər biri təxminən 10 iraqlı döyüşçüdən ibarət olan bu qrupların tərkibində “İraqda İslam Müqaviməti” təşkilatının bəzi üzvləri də yer alıb. Bildirilir ki, yeni yaradılan dəstələr birbaşa SEPAH-a tabe olur.

Reuters qeyd edir ki, bu addım İranın regional təsir imkanlarını qorumaq məqsədilə taktikasını dəyişdiyini göstərir. Agentliyin məlumatına görə, Tehranın silahlı proksi qüvvələrinin zəifləməsi, həmçinin hərbi və iqtisadi resurslarının tükənməsi fonunda SEPAH yeni üsullara üstünlük verir.

Bu məlumat ABŞ və İran prezidentlərinin qarşılıqlı anlaşma memorandumu imzalamasından bir neçə gün sonra yayılıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*