Putin 2024-cü il seçkilərində iştirak edəcək? – Kremldən AÇIQLAMAbackend

Putin 2024-cü il seçkilərində iştirak edəcək? - Kremldən AÇIQLAMA

Rusiya prezidenti Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək qərarı ilə bağlı hələlik heç bir açıqlama verməyib.

KONKRET.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Putin hələlik bu məsələ ilə bağlı heç bir açıqlama verməyib. Kampaniyanın özü isə hələ rəsmi olaraq elan edilməyib”, – Peskov deyib.

Qeyd edək ki, daha əvvəl Reuters öz mənbələrinə istinadən bildirmişdi ki, Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcək.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*