Putin qorxu içində: ABŞ bu ölkəyə hərbi baza və qoşun yerləşdirəcəkbackend

Putin qorxu içində: ABŞ bu ölkəyə hərbi baza və qoşun yerləşdirəcək

Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib ki, ABŞ-ın bu ölkədə daimi hərbi baza yaratması ilə bağlı qərar yaxın vaxtlarda qəbul oluna bilər.

KONKRET.az xəbər verir ki, bu barədə o, “Rzeczpospolita” qəzetinə müsahibəsində deyib.

Nazirin sözlərinə görə, məsələ ilə bağlı ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ilə danışıqlar davam edir. Hazırda Vaşinqtonda planlaşdırma prosesi gedir.

Kosinyak-Kamış qərarın bir il və ya daha az müddətdə qəbul olunacağı barədə suala cavab olaraq deyib ki, proses daha tez yekunlaşacaq.

O, qeyd edib ki, planlaşdırma bir neçə həftə ərzində başa çata bilər.

Hazırda Polşa ərazisində təxminən 10 min ABŞ hərbçisi yerləşdirilib. Onların mövcudluğu rotasiya prinsipi əsasında təmin olunur.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*