Rusiya Prezidenti Vladimit Putin Ukrayna ilə sülh danışıqlarından imtina etmədiyini açıqlayıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya Prezidenti bildirib ki, Ukrayna Kursk bölgəsinə hücumla Rusiyanın Donbassdakı hücumunu dayandırmağa çalışır.
O qeyd edib ki, Ukrayna təxribat törətməklə istədiyinə nail olmayıb.
Putinin fikrincə bu təxribat iflasa uğrayacaq, buna görə də dinc danışıqlar yolu və sülh ilə məsələni həll etmək lazımdır.
Aygün Mirakif
KONKRET.az