Qalyan ermənilərə böyük xəbəri verdi: Yeni Konstitusiya layihəsi…backend

Qalyan ermənilərə böyük xəbəri verdi: Yeni Konstitusiya layihəsi...

Ermənistanda yeni Konstitusiya layihəsinin ictimaiyyətə açıqlanıb-açıqlanmayacağı ilə bağlı qərarın yaxın bir neçə həftə ərzində veriləcəyi gözlənilir.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Srbuhi Qalyan məlumat verib.

Nazirin sözlərinə görə, layihənin dərc olunması məsələsi bir gün əvvəl hakim “Vətəndaş Müqaviləsi” partiyasında müzakirə olunub.

Qalyan vurğulayıb ki, layihə indiyədək ictimaiyyətə təqdim edilməyib, çünki proses iştirakçılarının hamısı sənədin məzmunu ilə tam tanış olmağa imkan tapmayıb.

Xatırladaq ki, Srbuhi Qalyan 2026-cı ilin mart ayında yeni Konstitusiya mətninin hazırlanmasının başa çatdığını açıqlamış və sənədin ayın sonunadək dərc ediləcəyini bildirmişdi.

Daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bəyan etmişdi ki, yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinadlar yer almamalıdır. Onun fikrincə, bu cür müddəalar regional sabitlik üçün risk yarada bilər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*