Ukrayna Rusiyanın Çeboksar və Samara şəhərlərinə raket hücumu edibbackend

Ukrayna Rusiyanın Çeboksar və Samara şəhərlərinə raket hücumu edib

Ukrayna Rusiyanın Çeboksar və Samara şəhərlərinə raket hücumu edib.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, hücumdan sonra Çeboksarıdakı VNIIR-Proqres hərbi zavodu və Samaradakı neft emalı zavodunda yanğın baş verib.

Çuvaşiya hakimiyyəti bildirib ki, Çeboksarı 10 iyun səhəri raket hücumuna məruz qalıb. Üç nəfərin yaralandığı bildirilib.

Çuvaş Respublikasının rəhbəri Oleq Nikolaev bildirib ki, yaralananlardan ikisinin orta dərəcəli, digərinin isə yüngül xəsarətləri var. Onlardan biri artıq evə buraxılıb.

Şəhərdən çəkilən görüntülərdə tüstü buludu görünür. Hücum zamanı Çuvaşiya səmasında Ukraynanın Flamingo raketi görünüb.

Yerli teleqram kanalları VNIIR-Proqres müdafiə müəssisəsinin vurulduğunu bildirir. Zavodun inzibati binasının dağıdıldığı güman edilir. VNIIR-Proqres Rusiya Hərbi Dəniz Qüvvələri, aviasiya və zirehli texnika üçün naviqasiya avadanlığı istehsal edir.

Samarada Kuybışev Neft Emalı Zavodu (Rosneft şirkətinə daxildir) raket həyəcanı verildikdən sonra yanğına məruz qalıb. Bu neft emalı zavodu əvvəllər də Ukrayna hücumlarının hədəfi olub.

Rusiya Müdafiə ötən gecə Rusiyanın regionları və Qara dəniz üzərində 326 Ukrayna dronunun vurulduğunu açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*