Putin vətəndaşlığın əldə edilməsi və vətəndaşlıqdan məhrumetmə haqqında qanun imzalayıb.
KONKRET.az xəbər verir ki, müvafiq sənəd hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.
Rusiya Prezidenti Vladimir Putin Rusiya ordusunu nüfuzdan salan və milli təhlükəsizliyə təhdid edən hərəkətlərə görə əldə edilmiş Rusiya vətəndaşlığından məhrumetmə haqqında qanun imzalayıb.
Həmçinin, mitinqlər haqqında qanunu dəfələrlə pozmaqda, hərbi xidmətdən yayınmaqda, fərarilikdə və “xarici agentlər” haqqında qanuna əməl etməməkdə təqsirli bilinərsə, Rusiya hakimiyyəti əldə edilmiş vətəndaşlıqdan məhrum edə biləcək.
Xuraman Etibarlı,
KONKRET.az