Putindən 5 səhifəlik məktub aldım – Lukaşenkobackend

Putindən 5 səhifəlik məktub aldım - Lukaşenko

Rusiya Prezidenti Vadimir Putindən ölkədə saxlanılan ruslarla bağlı bütün faktları əks etdirən məktub almışam.

KONKRET.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Bəli, mən Putinlə telefon danışığı zamanı Rusiyanın qardaşlıqdan tərəfdaşlıq münasibətinə keçdiyi üçün narazılığımı bildirdim. Rusiya prezidenti tərəfindən isə açıq şəkildə belə deyildi: “Biz sizinlə qardaşlıq əlaqələri quracağıq”, – Lukaşenko bildirib.

Lukaşenko rusların saxlanması ilə bağlı Rusiya prezidentindən beş səhifəlik məktub aldığını deyib:

“İndi İstintaq Komitəsi bu faktları nəzərdən keçirir. Perspektivlərə gəlincə, kimsə Rusiya ilə münasibətlərimizin tamamilə pisləşəcəyini gözləyirsə, səhv edir”.

axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*