Putindən qlobal aclıq XƏBƏRDARLIĞI – VİDEObackend

Putindən qlobal aclıq XƏBƏRDARLIĞI - VİDEO

Rusiya Prezidenti Vladimir Putin dünyada enerji və ərzaq qiymətlərindəki qeyri-sabitlik fonunda real aclıq təhlükəsinin və irimiqyaslı şokların mövcud olduğunu qeyd edib.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, o, bu barədə Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısında çıxışı zamanı bildirib.

“Bizim Konfrans və digər regional birliklər bir çox kəskin problemlərlə məşğul olmalıdır. Mən başqa şeylərlə yanaşı, enerji resursları, ərzaq, gübrələr, xammal və digər mühüm malların dünya qiymətlərindəki dəyişkənliyi nəzərdə tuturam”, – Rusiya lideri deyib.

Onun sözlərinə görə, bu, həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə həyat keyfiyyətinin pisləşməsinə gətirib çıxarır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*