Rusiya Prezidenti Vladimir Putin səhhətindən o qədər narahatdır ki, bunu dövlət sirri kimi qələmə verir. Onu adi asayiş keşikçisi kimi geyinmiş ona yaxın həkim müşayiət edir. “Agentlərdən” biri isə əvəzolunmazdır. Mətbuat yazır ki, Rusiya Federasiyasının Prezidentini Federal Xidmətin xüsusi agenti müşayiət edir və onun nəcisini yığır.
KONKRET.az xəbər verir ki, bu barədə jurnalistlər “Pul” verilişinin süjetində danışıblar. Jurnalistlərin öyrəndiyi məlumata görə, mühafizəçilərin arasında missiyası son dərəcə vacib olan bir xüsusi agent var: Rusiya Prezidentinin nəcisini yığmaq.
“Putinin səhhəti çoxdan pisləşib və bunu adi gözlə görmək olar. Daim şişmiş üz, bədənə nisbətdə qeyri-mütənasib şəkildə”, – jurnalistlər deyiblər.
Dəfələrlə deyilib ki, Putinin səhhəti barədə məlumat gizli saxlanılır. Yəqin ki, heç kim onunla nə baş verdiyini bilmir. Amma indi Fransa mediası Kremlin bu sirri niyə saxladığını öyrənib: Rusiya Prezidentini Federal Xidmətin xüsusi agenti müşayiət edir və onun nəcisini yığır.
“Putin hər dəfə xaricə gedəndə bu adam prezidentin nəcisini yenidən Moskvaya aparırdı. Heç kim analiz üçün nəcis götürüb Rusiya Prezidentinin səhhətinin həqiqi vəziyyətini öyrənə bilməsin”, – “Pul” proqramında deyilib.
Konkret olaraq, jurnalistlər iki belə haldan xəbərdardır: 2019-cu ildə Putinin Səudiyyə Ərəbistanına və 2017-ci ildə Fransaya səfəri zamanı.
Jurnalistlər prosesi belə təsvir edirlər: “Yaxın Şərqdəki dolayı mənbələr bizə bildirdilər ki, zərif missiya Federal Təhlükəsizlik Xidmətinin nəzarətindədir. Agent iz buraxmamaq və hər şeyi götürmək üçün Putinin nəcisini cibinə qoymalı olub”.
Qeyd edək ki, Jurnalistlər Regis Jante (Paris Match jurnalı) və Mixail Rubin (“Layihə”) ilk olaraq Putinin nəcis toplayanı haqqında məlumatı açıqlayıblar.
Xuraman Etibarlı,
KONKRET.az
