Qadın hicabını çıxarmaq istəyən polisə XƏSARƏT YETİRDİbackend

Qadın hicabını çıxarmaq istəyən polisə XƏSARƏT YETİRDİ

Moskvada polis əməkdaşı Qırğızıstan vətəndaşının hicabını zorla çıxarmaq istəyərkən xəsarət alıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, fevralın 13-də 33 yaşlı Assel K. qeydiyyatı olmadığı üçün Moskvanın Qolovinovski rayonunda polis bölməsinə aparılıb. Orada qadının barmaq izi götürülüb.

Polis kapitanı Çaplıgina şəkil çəkdirmək üçün qırğız qadından hicabını çıxarmağı tələb etsə də, o, dini səbəblərdən bundan imtina edib. Qadın hicabını zorla çıxarmaq istəyən polisə xəsarət yetirib.

Şöbəyə təcili yardım çağırılıb. Həkimlər polis kapitanına ovuc nahiyəsində sıyrıq və göyərmə diaqnozu qoyublar. Qırğızıstanlı qadına qarşı inzibati xəta haqqında protokol tərtib edilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*