“Qalatasaray”dan növbəti məğlubiyyətbackend

"Qalatasaray"dan növbəti məğlubiyyət

UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura start verilib.

KONKRET.az xəbər verir ki, A qrupunda mübarizə aparan “Qalatasaray” Türkiyədə Almaniya nəhəngi “Bavariya”nı qəbul edib. “Rams Park” stadionunda keçirilən görüş qonaqların qələbəsi ilə başa çatıb – 3:1.

Hesabı 8-ci dəqiqədə Münhen təmsilçisinin futbolçusu Kinqsli Koman açıb. 30-cu dəqiqədə Mauro İkardi penaltidən vurduğu qolla tarazlığı bərpa edib. 73-cü dəqiqədə Harri Keyn ikinci topu İstanbul təmsilçisinin qapısından keçirib. 79-cu dəqiqədə isə Camal Musiala “sarı-qırmızılılar”ı üçüncü dəfə cəzalandıraraq yekun hesabı müəyyənləşdirib.

Bu nəticədən sonra xallarını 9-a çatdıran “Bavariya” qrupda liderliyini qoruyub. 4 xalı olan “Qalatasaray” isə 2-ci pillədə qalıb. Bu qrupun digər matçında “Mançester Yunayted” İngiltərədə Danimarka “Kopenhagen”i ilə qarşılaşacaq.

D qrupunda isə “İnter” İtaliyada Avstriya “Zaltsburq”unu 2:1 hesabı ilə məğlub edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*