Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycan tərəfindən həbs edilmiş Ruben Vardanyanla bağlı Moskvanın hər hansı mövqeyinin olub-olmaması ilə bağlı sualını şərh edib.
KONKRET.az xəbər verir ki, Qaluzin bu barədə RBC-yə müsahibəsində deyib.
“Ümumi mənada deyə bilərəm ki, söhbət ilk növbədə Ermənistan vətəndaşlarından və ya Rusiya vətəndaşlığından könüllü olaraq imtina etmiş şəxslərdən gedir. Ona görə də bu məsələlər ilk növbədə bu şəxslərin vətəndaşları olan Ermənistanla Azərbaycan arasında həll olunmalıdır. Və toxunmadığım vacib bir məqama da diqqətinizi çəkmək istəyirəm. Məhz bu cəhət ondan ibarətdir ki, rəsmi İrəvan hansısa mərhələdə onun Qarabağ ermənilərinin taleyi ilə heç bir əlaqəsi olmadığını və bununla bağlı bütün məsələlərin Qarabağ ermənilərinin nümayəndələri arasında dialoq çərçivəsində həll edilməli olduğunu deməyə başladı. Bu da çox təəssüf ki, oldu”, – Qaluzin bildirib.
Ariz Həsənoğlu,
KONKRET.az
