Almaniyada Erdmannhausen (Baden-Vürtemberq) bələdiyyəsi yeni cərimələr tətbiq edib.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, qapını çırpan sürücüləri 80 avro cərimə gözləyir.
Məlumata görə, avtomobillərdən lazımsız səs-küyü tənzimləyən sərəncam şəhər şurası tərəfindən yekdilliklə qəbul edilib.
Bundan əlavə, avtomobil mühərriklərinin lüzumsuz şəkildə açıq qalması, yükləmə-boşaltma əməliyyatları zamanı səs-küy yaradılması, yaşayış binalarının həyətlərində səs siqnallarının verilməsi, həmçinin motosiklet və mopedlərin işə salınması qadağan edilir.
İqbal Rzayev,
KONKRET.az
