“Qara dənizi NATO dənizinə çevirməyin vaxtıdır”.
KONKRET.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.
Onun sözlərinə görə, Qara dəniz hərbsizləşdirilməli, ondan ticarət və səyahət üçün istifadə edilməlidir.
Kuleba həmçinin Gürcüstan və Ukraynanı tez bir zamanda NATO-ya üzv olmağa çağırıb.
“İndi Ukrayna və Gürcüstan kimi ölkələr nəinki NATO-ya üzv olmaq perspektivini nümayiş etdirməli, həm də bunun necə baş verəcəyi ilə bağlı dəqiq mexanizm müəyyənləşdirməlidir”, – deyə Kuleba bildirib.
Kulebanın yanaşmasına Rusiyanın cavabı gecikməyib.
“Qara dəniz heç vaxt NATO dənizi olmayacaq”, – Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.
Xuraman Etibarlı,
KONKRET.az
