“Qarabağ“ – “Bayer“ oyunu harada keçiriləcək? – Açıqlamabackend

“Qarabağ“ - “Bayer“ oyunu harada keçiriləcək? - Açıqlama

Bu ilin iyul ayında da Tofiq Bəhramov adına Respublika Stadionu təmirə bağlanmış, arenanın ot örtüyü dəyişdirilmiş və bu səbəbdən Ağdam təmsilçisi Çempionlar Liqasının 1-ci və 2-ci təsnifat mərhələsinin ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirmişdi.

Bəs, görəsən, Tofiq Bəhramov adına Respublika Stadionu “Qarabağ”ın avrokuboklardakı növbəti ev oyununadək – Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Bayer”lə (Leverkuzen, Almaniya) matça qədər hazır olacaqmı?

KONKRET.az xəbər verir ki, Qol.az saytının müxbiri bununla bağlı “Qarabağ” klubuna müraciət edib. Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev sözügedən matçadək stadiondakı təmir-bərpa işlərinin yekunlaşacağını qeyd edib:

“Avroliqa oyununa qədər stadion hazır olacaq. Elə Azərbaycan millisinin Avro-2024-ün seçmə mərhələsindəki oyunlarına kimi işlər yekunlaşacaq. Stadionun təmirə bağlanmasının səbəbi də ot örtüyünün yay rejimindən qış rejiminə keçirilməsidir. Buna görədə yeni toxumlar əkilir”.

Qeyd edək ki, 4-cü turdakı “Qarabağ” – “Bayer” matçı noyabrın 9-da keçiriləcək və saat 21:45-də başlayacaq. Ağdam təmsilçisi bunadək 2-ci turda “Hekken”lə və 3-cü turda “Bayer”lə səfərdə qarşılaşacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*