“Qarabağ” “Gent”ə uduzub mübarizəni dayandırdı – YENİLƏNİBbackend

“Qarabağ” “Gent”ə uduzub mübarizəni dayandırdı - YENİLƏNİB

“Qarabağ” bu gün Konfrans Liqasının pley-off mərhələsində ikinci oyununa çıxıb.

KONKRET.az xəbər verir ki, Ağdam klubu Belçikanın “Gent” komandası ilə qarşılaşır.

Bir həftə öncə bu rəqibinə 1:0 hesabıyla qalib gəlmiş Qurban Qurbanovun kollektivinə mərhələ adlamaq üçün səfərdə heç-heçə də bəs edəcək.

Bu, Ağdam təmsilçisinin Konfrans Liqasının pley-off mərhələsində ikinci sınağıdır. “Qarabağ” ötən il bu mərhələdə Fransanın “Olimpik” (Marsel) klubu ilə qarşılaşmış və mübarizəni dayandıran tərəf olmuşdu.

***

İlk hissə qolsuz başa çatdı.

***

İkinci hissə başladı.

***

74-cü dəqiqə meydan sahibləri hesabı açır. G.Orban fərqlənir – 1:0.

***

Matçın əsas vaxtı başa çatdı. Hərəsi 15 dəqiqədən ibarət iki əlavə hissələr oynanılacaq.

***

Birinci əlavə hissə başladı.

***

İkinci əlavə hissə start götürür.

***

İkinci əlavə hissə bitdi. Cütün taleyi penaltilərdə həll olunacaq.

***

“Qarabağ” penaltilərdə rəqibinə 3:5 hesabı ilə uduzaraq mübarizəni dayandırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*