“Qarabağ”ın Çempionlar Liqasında rəqibi müəyyənləşdibackend

“Qarabağ”ın Çempionlar Liqasında rəqibi müəyyənləşdi

Azərbaycan çempionu “Qarabağ”ın avrokubokların 2020/21 mövsümündəki ilk rəqibi müəyyənləşib.

KONKRET.az-ın məlumatına görə, Ağdam təmsilçisi Çempionlar Liqasının I təsnifat mərhələsində “Sileks” (Şimali Makedoniya) ilə üz-üzə gələcək.

Bu, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada bəlli olub. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda bir matçdan ibarət mərhələnin oyununu evdə keçirəcək. I təsnifat mərhələsinin qarşılaşmaları avqustun 18-19-da baş tutacaq.

Qeyd edək ki, “Qarabağ”ın II təsnifat mərhələsindəki mümkün rəqibi, həmçinin Avropa Liqasında çıxış edən Azərbaycan klubları “Neftçi”, “Keşlə” və “Sumqayıt”ın qarşılaşacağı komandalar avqustun 10-da keçiriləcək püşkatmalarda bəlli olacaq.

Apasport.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*