“Qarabağ”ın futbolçusu Səudiyyə Ərəbistanı klubuna keçə bilərbackend

"Qarabağ"ın futbolçusu Səudiyyə Ərəbistanı klubuna keçə bilər

“Qarabağ”ın futbolçusu Abdullah Zubir iki klubun diqqət mərkəzindədir.

KONKRET.az “Lequipe” nəşrinə istinadən xəbər verir ki, adı hələlik açıqlanmayan Fransa Liqa 1 təmsilçisi 32 yaşlı yarımmüdafiəçi ilə maraqlanır.

Səudiyyə Ərəbistanından “Əl-Riyad” da Zubiri transfer etmək istəyir.

Qeyd edək ki, Abdulla Zubir 2018-ci ildən “köhlən atlar”ın şərəfini qoruyur. Onun hazırkı müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatacaq. Peşəkar karyerasına Fransanın “Qrenobl” klubunda başlayan futbolçu bu ölkədə “İstr” və “Lans” kimi komandaların da formasını geyinib.Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*