“Qarabağ”ın legionerləri milliyə dəvət aldıbackend

“Qarabağ”ın legionerləri milliyə dəvət aldı

“Qarabağ”ın dörd legioneri milli komandalara çağırılıb.

KONKRET.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki,  Marko Yankoviç Monteneqro millisinin oktyabrın 12-də Livan ilə beynəlxalq yoldaşlıq, oktyabrın 17-də isə Avro-2024-ün seçmə mərhələsində Serbiya ilə oyunlarına dəvət alıb.

Luka Quqeşaşvili Gürcüstan millisinin oktyabrın 12-də Tailand ilə beynəlxalq yoldaşlıq, oktyabrın 15-də isə AVRO-2024-ün seçmə mərhələsində Kipr ilə oyunlarına çağırılıb.

Leandro Andrade və Patrik Andrade Kabo Verde millisinin oktyabrın 12-də Əlcəzair, oktyabrın 17-də Komor adalarına qarşı yoldaşlıq oyunlarına dəvət ediliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*