“Qarabağ” “Hakken”i də məğlub etdi – YENİLƏNİBbackend

“Qarabağ” “Hakken”i də məğlub etdi - YENİLƏNİB

“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

KONKRET.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda İsveçdə “Hakken”in qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü avstriyalı FİFA referisi Sebastian Qishamer idarə edəcək.

H qrupunun digər matçında Almaniyanın “Bayer 04” kollektivi Norveçdə “Molde”nin qonağı olacaq. İlk turda Bundesliqa təmsilçisi “Hakken”i 4 cavabsız qolla üstələyib. Azərbaycan çempionu isə evdə norveçlilərə qalib gəlib – 1:0.

UEFA Avropa Liqası, qrup mərhələsi

II tur

H qrupu

23:00. “Hakken” (İsveç) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Sebastian Qishamer (Avstriya).

Höteborq. “Ullevi” stadionu

***

Matç başladı.

***

İlk hissə başa çatdı.

***

İkinci hissə başladı.

***

70-ci dəqiqədə Juninyo “Qarabağ”ı hesabda önə keçirdi: 0-1.

***

Matç bitdi. Azərbaycan təmsilçisi səfər oyunundan da qələbə qazanadaq xallarının sayını 6-ya çatdırmış oldu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*