Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının vaxtı bilinib.
KOKNRET.az xəbər verir ki, Peşəkar Futbol Liqası qarşılaşmaların yerini və saatını açıqlayıb.
Hər iki matç eyni gündə – aprelin 24-də olacaq.
Həmin gün əvvəlcə saat 17:00-da “Qəbələ” ilə “Zirə” birincilərin meydanında üz-üzə gələcək.
Əzəli rəqiblər “Qarabağ”la “Neftçi”nin dueli isə saat 20:00-da başlayacaq. Qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq.