Qarabağ erməniləri Arutyunyanın İrəvan səfərindən və Paşinyanla görüşündən narazıdır.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb. Qəzet bildirir ki, separatçılar İrəvandan əliboş qayıdan Arutyunyandan narazıdırlar.
“Ötən həftə “prezident” Arayik Arutyunyanın başçılıq etdiyi Qarabağın “siyasi rəhbərliyi” İrəvanda idi. Onlar uzun müddətdir ki, Nikol Paşinyanla görüşməyə çalışırdılar. Kifayət qədər uzun gözləmədən – bir neçə gündən sonra nəhayət, bu görüş baş tutdu”, – qəzet yazıb.
Nəşrin yazdığına görə, Qarabağ xalqı bu səfərə çox mənfi reaksiya verib. Çünki çoxlarında belə təəssürat yaranıb ki, Arutyunyan bu cür səfərləri yalnız bir daha Paşinyanın rəğbətini qazanmaq və yaltaqlamaq üçün edir.
Məsələ burasındadır ki, bizdə olan məlumata görə, Qarabağda Paşinyanın Qarabağı təslim etməsi hər kəsə aydındır. Lakin Arutyunyan heç bir tədbir görməyə tələsmir. Üstəlik, mənbəmizin sözlərinə görə, Nikol Paşinyanla hər görüşdə Arutyunyan süni müsbət siqnallar verməyə çalışır”, – deyə nəşr bildirib.
“Past”ın yazdığına görə, Qarabağ nümayəndələri İrəvandan kifayət qədər məyus halda qayıdıblar.
“Onlar yaxşı bilirlər ki, Paşinyan açıq-aşkar manipulyasiya edib və çox şeylər haqqında yalan danışıb. Onun çatdırdıqları isə çox bədbin olub, xüsusən də ondan başqa heç nəyin asılı olmadığını deyib. Yeri gəlmişkən, qəzetin Qarabağ mənbəsi xəbər verir ki, yaxın gələcəkdə respublikada yeni kütləvi mitinq dalğası istisna edilmir”, – deyə qəzet qeyd edib.
Xuraman Etibarlı,
KONKRET.az
