Qarabağ bazarlarında ermənilərə türk malları satılır.
KONKRET.az xəbər verir ki, bu barədə Qarabağdakı qondarma qurum məlumat yayıb. Bazarlarda türk məhsullarını görən ermənilərin canına vicvicə düşüb.
“Dünən “Facebook” sosial şəbəkəsində Qarabağda türk mənşəli kənd təsərrüfatı məhsullarının satışı ilə bağlı məlumat yayılıb.
Ermənistan Milli Təhlükəsizlik Xidməti sözügedən işin hallarını, o cümlədən sözügedən məhsulun mənşəyini və Qarabağ bazarına necə gətirildiyini öyrənmək üçün tədbirlər görür.
Görülən tədbirlər və nəticələrlə bağlı əlavə məlumat veriləcək”, – qondarma qurum bildirib.

Xuraman Etibarlı,
KONKRET.az
