“Qarabağın “status”u məsələsi gələcək nəsillərin öhdəsinə buraxılmalıdır” – Kopırkinbackend

“Qarabağın "status"u məsələsi gələcək nəsillərin öhdəsinə buraxılmalıdır” - Kopırkin

“Qarabağın “status”u məsələsi gələcək nəsillərin öhdəsinə buraxılmalıdır”.

KONKRET.az xəbər verir ki, bunu noyabrın 1-də jurnalistlərlə söhbətində Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin deyib.

O bildirib ki, Qarabağın “status”u məsələsi bütün bu məsələnin ədalətli həlli üçün məqbul şərait yarandıqda gələcək nəsillərin öhdəsinə buraxılmalı olan məsələdir.

O, Soçidə keçirilən üçtərəfli görüşü vacib adlandırıb.

Səfir Rusiya Prezidentinin bütün məsələlərdə razılığa gəlməyin mümkün olmadığı barədə sözlərini xatırladıb.

“Lakin müzakirənin baş tutması çox vacibdir və tərəflərin normallaşma yolu ilə irəliləməyə hazır olduqlarını nümayiş etdirmələri çox vacibdir. Görüşün Rusiyada baş tutması da çox vacibdir. Və bu, açıq şəkildə göstərir ki, Rusiya indi digər regionlarda həll edilməli olan problemlərə və vəzifələrə baxmayaraq, Cənubi Qafqazdakı vəziyyətə böyük diqqət yetirir və öz mövqeyini zəiflətmir”, – deyə Kopırkin vurğulayıb.

O, Putinin sözlərini təkrarlayıb ki, nizamlanmanın əsas kompleksi Ermənistan və Azərbaycan arasında razılaşmanın məhsulu olmalıdır.

“Sülh müqaviləsi və ora daxil edilməli olan müddəalara gəlincə, Soçi görüşün nəticələrinə əsasən, hələ razılaşdırıla bilməyən, lakin işin davam etdiriləcəyi məsələlər var”, – Kopırkin deyib.

Xuraman Etibarlı,

KONKRET.az

  • Tahir Qasımov
    Noyabr 1, 2022 - 12:57

    Yox əşi?! Ay siz öləsiz. Yeməzlər. Mövcud durum sizə və erməniyə sərf eləmədiyindən məsələni yubadıb sizə uygun vaxta keçirmək? Ala e….

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*