Qaradağda ağır qəza – 5 avtomobil toqquşdubackend

Qaradağda ağır qəza - 5 avtomobil toqquşdu

Qaradağ rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, “KİA Sorento”, “Range Rover”, “Changan”, “Volkswagen” və “BMW” markalı avtomobillər toqquşub.

Qəza səbəbilə yolda uzun tıxac yaranıb. Hadisə zamanı sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Əraziyə Dövlət Yol Polisi və Təcili Tibbi Yardım briqadaları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*