Qardaş Qazaxıstanda yerli əhali arasında CİDDİ FƏRQLƏR – FOTOLARbackend

Qardaş Qazaxıstanda yerli əhali arasında CİDDİ FƏRQLƏR - FOTOLAR

Qazaxıstanın şimal və cənub hissəsində yaşayan əhali arasında ciddi fərqlər olduğunu bilirdinizmi?

KONKRET.az həmin fərqləri təqdim edir.

Ümumiyyətlə, insanlar arasında fərqlər dil, din, məzhəb və irqi cəhətdən çox fərqlənir. Amma məsələ burasındadır ki, eyni xalqdan olan insanlar da bəzən bir-birindən kəskin fərqli olurlar. Bu, özünü şimal-cənub xətti boyunca kəsişən regionlarda daha aydın göstərir. Texniki cəhətdən bir xalq sayılmasına baxmayaraq, güneylilər və şimallılar həm dil, həm mədəniyyət və mentalitet, həm də etnik mənşə baxımından fərqlənə bilər.

Məsələn, şimal ingilisləri cənubdan daha açıq, xoş xasiyyətlidir və fərqli dialektdə danışırlar. Şimali Çinlilər daha hündür, işıqlı olmaqla cənublu həmyerlilərini əksər hallarda başa düşmürlər. Şimali almanlar protestant dininə etiqad edirlər, siyənək balığına üstünlük verir və pivə içirlər. Katolik olan cənublular isə kolbasa sevir və şəraba üstünlük verirlər.

Postsovet məkanında da belə fərqlər var. Elə götürək sakinləri arasında mədəni, dil və hətta genetik fərqlərin olduğu böyük və çoxmillətli Qazaxıstanı. Doğrudur, hazırki dövlət siyasəti və daxili miqrasiya səbəbindən zaman keçdikcə bu fərqlər aradan qaldırılır. Amma hələ ki bu fenomenin öz yeri var.

Ümumiyyətlə, Qazaxıstanın şimalında vaxtilə ruslar daha çox üstünlük təşkil etdiyi üçün yerli sakinlərin həyat tərzinə mühüm təsiri olub.

Ölkənin cənub hissəsində isə belə olmayıb. Cənubda qazaxlarla yanaşı, özbəklər, qırğızlar və digər etnik xalqlar bir-biri ilə milli-mənəvi interqasiya şəraitində yaşayırlar. Bu isə Orta Asiya dövlətlərinin iqtisadi və müttəfiqlik əlaqələrini şərtləndirən əsas amillərdən biridir.

Tarixə nəzər salsaq, özbəklər əslində Buxara, Xivə və Kokand xanlıqlarının elitasını təşkil edən Qıpçaq xalqı ilə çox yaxın olublar. Qazaxlar çox qarışıq əhalinin yaşadığı Sırdərya boyu bir çox şəhərlərə nəzarət edib.

Qazaxıstanın şimal hissəsi sənaye, təhsil, idman və elmin mərkəzidir. Əsas texniki universitetlər burada yerləşir. Beləliklə, ölkənin şimalı müəyyən mənada iqtisadi cəhətdən cənuba nisbətən daha üstündür.

Mütəxəssislərə görə, bu faktor Şimali Qazaxıstanın yerli əhalisinin savadlılıq indeksinə mühüm təsir göstərir. Bu mənada şimallılar qatı dindar deyil, dünyəvidir, mühafizəkar deyil, müasirdir, cənublulardan fərqli olaraq qapalı deyil, beynəlmiləlçidir. Rusdillidirlər. Özlərini müsəlman hesab etsələr də, məscidlərə ancaq dini bayramlarda gedir, islam adət-ənənələrinə riayət etməkdə sərbəstdirlər.

Güney daha dindar və mühafizəkardır. Burada müsəlman, dəqiq desək, türk adət-ənənələri daha yaxşı qorunub saxlanılır. Cənublular adət-ənənələrə ciddi riayət edir, ailələr arasında çoxuşaqlılar çoxdur. İdeoloji nöqteyi-nəzərdən cənub qazaxları ölkənin qazax millətçiliyinin dayağı hesab edilir. Burada adətən oralmanlar qalır. O qazaxlar ki, tarixi vətənlərinə Çin və ya Monqolustandan gəliblər.

Qazaxıstanın cənubunun mətbəxi də zəngindir. Adi qazax beşbarmağından başqa kulinariyada plovun müxtəlif növlərinə rast gəlmək olar.

Həmişə olduğu kimi, şimallı və cənublu qazaxlar arasında bir-birilərinə münasibət elə də müsbət deyil. Belə ki, şimallılar güneyliləri geridə qalmış və mədəniyyətsiz hesab edir, güneylilər isə buna cavab olaraq soydaşlarının adət-ənənələrini, dillərini unutduqlarını bildirirlər.

Yeri gəlmişkən, Qərbi Qazaxıstan bu baxımdan seçilir. Burada nə Orta Asiyanın, nə də Rusiyanın təsiri demək olar ki, hiss olunmur, buna görə də dinə və mühafizəkarlığa münasibətdə yerli sakinlər hətta cənubdan da fərqlənirlər. Qazaxıstanın qərbi məscidlər, neftçilər, kənd təsərrüfatı diyarıdır…

Hazırladı: Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*