Qazax rayonunda qadın sirkə turşusu içərək özünü zəhərləyib.
KONKRET.az “Report”.az-a istinadən xəbər verir ki, hadisə Birinci Şıxlı kəndində baş verib.
Kənd sakini (adı və soyadı dəqiqləşdirilir-red) hələ bilinməyən səbəbdən sirkə turşusu içib. O, yaxınları tərəfindən xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
