Qazaxıstana qarşı ərazi iddiasına Tokayev cavab verdi – ƏTRAFLIbackend

Qazaxıstana qarşı ərazi iddiasına Tokayev cavab verdi - ƏTRAFLI

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin “Egemen Qazaqstan” qəzetində Rusiyanın Qazaxıstana “bağışladığı” torpaqlar haqqında danışan  Dövlət Dumasınının deputatı, politoloq Vyaçeslav Nikonovun sözlərinə cavab  məqaləsi dərc edilib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Dövlət Başçısının məqaləsi “İstiqlaliyyətin dəyəri” adlanır. Tokayev məqaləsində iddianın müəllifinə, Molotovun nəvəsinə Qazaxstan tarixi barədə ətraflı məlimat verib. Məqalədə qeyd olunur ki, Qazaxıstan tarixi yalnız 1936 və ya 1991-ci ilə məhdudlaşmır. “Bu geniş ərazini kənardan heç kim qazaxlara vermədi”, – deyə Tokayev izah edib. “Qazaxıstan xalqı Qazax Xanlığı dövründə, Qızıl Orda, Türk Xaqanlığı, Hunlar və Saklar içində inkişaf edib formalaşdı.

Qazaxıstan sərhədləri barədə beynəlxalq müqavilələrlə müəyyənləşdirildiyi üçün mübahisələr ola bilməz. Cümhuriyyət sərhədlərinin toxunulmazlığına şübhə edən və “mehriban qonşuluq” münasibətlərini tənqid edən əcnəbilərlə də işləmək lazımdır”, – deyə Tokayev bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Vyaçeslav Nikonov Qazaxıstan SSR-dən müasir Qazaxstana miras qalan ərazilərin qədim rus torpağı olması ilə bağlı iddia irəli sürmüşdü.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*