Qazaxıstandakı həmvətənlərimiz seldən əziyyət çəkənlərə yardım etdi – FOTOLARbackend

Qazaxıstandakı həmvətənlərimiz seldən əziyyət çəkənlərə yardım etdi - FOTOLAR

Qazaxıstanda daşqınlar və sel suları ilə mübarizə davam edir.

KONKRET.az xəbər verir ki, bir sıra rayonlarda təmir bərpa işlərinə start verilsə də, bəzi rayonlarda vəziyyət kritik olaraq qalmaqdadır.  Bir sıra bölgələrdə sel sularının çıkilməsi müşahidə olunsa da, bəzi regionlarda vəziyyət çətin olaraq qalmaqdadır.

Bu gün səhər saatlarında ölkənin şimal hissəsində yerləşən Kızıljar rayonunun Tepliçnoye yaşayış məntəqəsində sel suları dambanı aşaraq ərazini basıb. Yaşayış məntəqəsinin sakinləri ərazini tərk etmək məcburiyyətində qalıblar. Bundan əlavə sel suları artıq Petropavlovskada çatıb. Burada Yesil çayının səviyyəsi son sutka ərzində 144 santimetrədək qalxıb. Və nəticədə ərazidə 5000 dən çox evə ciddi ziyan dəyib.

Şərqi Qazaxıstan vilayətində isə sel və daşqınların ikinci dalğasına hazırlıq işləri gedir. Belə ki, mütəxəsislərin fikrincə, daşqınların birinci dalğası artıq geridə qalıb, lakin ərazinin 53 faizinin hələdə qar altında olduğundan yaxın günlərdə selin təkrarlanması istisna olunmur.

Daşqınlardan zərər çəkən insanlara humanitar yardımların toplanması və göndərilməsi davam edir. Belə ki, ölkənin bütün şəhər və rayonlarından insanlar fəlakət zonalarına ərzaq, yataq dəstləri və digər ləvazimatlar göndərməkdə davam edirlər. Respublikada yaşayan həmvətənlərimizdə istisna deyil.

Burhan,

KONKRET

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*