Qazaxıstanı şəriət dövlətinə çevirmək istəyi baş tutmadı – ƏMƏLİYYATbackend

Qazaxıstanı şəriət dövlətinə çevirmək istəyi baş tutmadı - ƏMƏLİYYAT

Qazaxıstanda dünyəvi quruluşu devirməyi planlaşdıran ekstremistlər saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Komitəsinin yaydığı məlumatda deyilir.

“2023-cü il noyabrın 15-də Milli Təhlükəsizlik Komitəsi Baş Prokurorluqla razılaşdırmaqla ibtidai istintaq çərçivəsində Astana, Atırau və Jezkazqan şəhərlərində radikal dini qruplaşmanı zərərsizləşdirib.

Terrorçuluğu təbliğ etmək, habelə ekstremist qrup yaratmaq, onlara rəhbərlik etmək və fəaliyyətində iştirak etməkdə şübhəli bilinən 12 nəfər eyni vaxtda saxlanılıb. Müstəntiqlərin fikrincə, “Onlar Qazaxıstanda dünyəvi sistemi devirmək məqsədi güdürdülər. Bunun üçün onlar ekstremist ideologiyanı yayır və özlərinə yeni tərəfdarlar toplayırdılar”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*