“Qəbələ” növbəti mərhələdəbackend

“Qəbələ” növbəti mərhələdə

Bu gün “Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasında növbəti oyununa çıxıb.

KONKRET.az xəbər verir ki, “qırmızı-qaralar”  1-ci mərhələnin cavab matçında Macarıstanın “Puşkaş Akademiya” komandasının qonağı olub və 1:0 hesabı ilə qalibi gəlib. Komandalar arasında Qəbələdə keçirilən görüşdə 1:1 hesabı qeydə alınıb. Beləliklə, iki görüşün nəticəsinə əsasən Azərbaycan təmsilçisi növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki,“Qəbələ” növbəti raundda “Olimpiakos” (Yunanıstan) – “Leççe” (İtaliya) duelində mərhələ adlayan komanda ilə qarşılaşacaq.

25 oktyabr

UEFA Gənclər Liqası

Çempionlar yolu, 1-ci mərhələnin cavab oyunu

18:00. “Puşkaş Akademiya” (Macarıstan) – “Qəbələ” (Azərbaycan) – 0:1

Qol: Kənan Baxışov, 56

Baş hakim: Mohammad Usman Aslam

İlk oyun – 1:1

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*