“Avropa heç vaxt Ermənistanın real iqtisadi inkişafı üçün addımlar atmayacaq. Çünki bu, Aİ-nin bu regionda prioritet tərəfdaşlar hesab etdiyi Türkiyə və Azərbaycanın maraqlarına ziddir”.
KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş fövqəladə və səlahiyyətli səfiri Dzyunik Ağacanyan deyib.
O bildirib ki, Avropanın Ermənistan iqtisadiyyatının inkişafına töhfəsi Türkiyə və Azərbaycana qarşı addım deməkdir.
Ağacanyan qeyd edib ki, görüşdən sonra verilən vədlərdə maliyyə dəstəyinin göstərilməsinə dair vədlər görmür:
“44 günlük müharibədən sonra bizə dedilər ki, 2,6 milyard avro veriləcək, hələ də bu haqda danışırlar. Amma Türkiyə və Azərbaycanın mövqeyinə görə bu vədlərin reallaşması şansı yoxdur”, – deyə Ağacanyan əlavə edib.
Burhan,
KONKRET.az
