“Qərb ölkələrinin və Rusiyanın səfirləri erməni müxalifəti ilə görüşlərdən qaçır” – “Hraparak” nəşribackend

“Qərb ölkələrinin və Rusiyanın səfirləri erməni müxalifəti ilə görüşlərdən qaçır” – “Hraparak” nəşri

“Nə Qərb, nə də Rusiya Ermənistanın parlament müxalifəti ilə əməkdaşlıq etməkdə maraqlı deyil”

KONKRET.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır.

“Parlamentarilərdən biri şikayət edib ki, müxalifət deputatları Ermənistanda akkreditə olunmuş bütün səfirliklər üçün “persona non-qrata” elan ediliblər. Müxalifət görüş tələb edəndə ya cavab vermirlər, ya da aylar sonra, artıq deputatların qaldırdıqları məsələlər aktuallığını itirəndə cavab verirlər. Əvvəllər isə səfirlərin özləri müxalifət deputatları ilə təmaslar qurur, bu yolla mövcud hakimiyyətə təsir göstərməyə çalışırdılar”, – deyə nəşr qeyd edir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*