“Qərb Rusiyaya zərbə endirmək üçün öz silahlarından istifadə etməyə icazə vermir” – Zelenskibackend

"Qərb Rusiyaya zərbə endirmək üçün öz silahlarından istifadə etməyə icazə vermir" - Zelenski

“Ukrayna öz tərəfdaşları ilə Rusiyaya onların silahları ilə zərbə endirmək barədə danışıqlar aparır, lakin hələlik müsbət bir nəticə yoxdur. Pentaqon ABŞ silahlarının bu məqsədlər üçün istifadəsinin əleyhinədir. Çünki, Moskva Kiyevə yardım edən ölkələri münaqişənin iştirakçısı hesab edir”.

KONKRET.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski “Reuters”ə müsahibəsində belə deyib.

O bildirib ki, Qərb Rusiyaya zərbə endirmək üçün öz silahlarından istifadə etməyə razı deyil və Ukrayna bu qadağanı pozmur.

“Biz Rusiya ərazisində heç vaxt Qərb silahlarından istifadə etməmişik, çünki buna razılığımız yoxdur”, – deyə Zelenski bildirib.

Mayın 18-də “The Wall Street Journal” qəzeti yazıb ki, Ukrayna ABŞ prezidenti Co Bayden administrasiyasından Vaşinqtonun Rusiyadakı hərbi obyektlərə zərbələr endirmək üçün verdiyi silahların istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağı, həmçinin Kiyevin Rusiyada vura biləcəyi hədəfləri müəyyənləşdirməyə kömək etməyi xahiş edib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*