Qərb Ukraynaya qoşun göndərməyi müzakirə edirbackend

Qərb Ukraynaya qoşun göndərməyi müzakirə edir

Qərb ölkələri Ukrayna ərazisinə öz qoşunlarını və ya özəl hərbi şirkətlərin muzdlularının göndərilməsi ilə bağlı yenidən danışıqlara başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Fransanın “Le Monde” nəşri  məlumat verib.

Mənbələrin bildirdiyinə görə, Böyük Britaniya və Fransa arasında müzakirələrin əsas vəzifəsi Ukraynanı dəstəkləmək və regionda təhlükəsizliyi təmin etməkdir.Məlumdur ki,  müzakirələr məxfi xarakter daşıyır. Jurnalistlər həmçinin qeyd ediblər ki, Qərb qoşunlarının göndərilməsinin mümkünlüyü məsələsi Donald Trampın prezident seçilməsindən sonra ABŞ-nin Ukraynaya dəstəyinin mümkün azalması fonunda yaranıb. Fransa prezidenti Emmanuel Makron bildirmişdi ki, Parisdə keçirilən konfransda Avropa İttifaqından Ukraynaya mümkün quru qoşunlarının göndərilməsi məsələsi müzakirə olunub. Lakin müzakirə iştirakçıları bu məsələdə konsensusa gələ bilməyiblər.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*