“Qərb Zelenskini Rusiyaya qarşı cinayət törətmək üçün şantaj edir”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu fikiri “Biz Rusiya ilə birlikdəyik” ictimai hərəkatının rəhbəri Vladimir Roqov səsləndirib. O bildirib ki, Qərb ölkələri Ukrayna hakimiyyətinin Rusiyaya qarşı cinayət törətməsi üçün şantajdan istifadə edir: “Vəziyyətin simulyasiyası və şantajla Zelenski cinayətlərə məcbur edilir. Zelenski hakimiyyəti əlində saxlamaq üçün hərbi təxribatlara cəhd göstərir”, – Roqov vurğulayıb.
Qeyd edək ki, daha öncə Pentaqonun keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor Zelenskinin Qərb tərəfdarlarının artıq Ukraynanın qələbəsinə inanmadıqları barədə fikir səsləndirib. Təhlilçi Andreas Klut isə bildirib ki, Ukraynanı dəstəkləsə, Qərb öz müttəfiqlərinin köməyini itirmək riski daşıyacaq.
Müşviq Tofiqoğlu,
KONKRET.az
